Qadin.NET / Gediş haqları qalxacaq?

Gediş haqları qalxacaq?

Gediş haqları qalxacaq?
Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov nəqliyyat tariflərinin artırılıb-artırılmaması məsələsinə aydınlıq gətirib.Trend-in məlumatına görə, nazir müavini jurnalistlərə bildirib ki, Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması barədə Tarif Şurasına müraciət olunmayıb.Onun sözlərinə görə, qiymətlərin artırılması məsələsi gündəmdə deyil. bildirir ki, bununla yanaşı, M.Pənahov yeni avtobusların istifadəyə verildiyini açıqlayıb: "Bu, əhaliyə daha yüksək xidmət göstərmək və gediş-gəlişi asanlaşdırmaq məqsədi daşıyır".Nazir müavini həmçinin Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında torpaq sürüşməsi ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, avtovağzal ərazisində sürüşmə prosesi artıq dayanıb, orada müəyyən işlər görülüb. Yaxın zamanlarda bütün işlər tam yekunlaşacaq.

Mənbə: Milli.Az

20 yanvar 2016
GO BACK