2015-ci il ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 63,1 min nikah və 11,7 min boşanma halları qeydə alınıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,3 təşkil edib.
Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2494 nəfər gələn və 1082 nəfər ölkədən gedən qeydə alınıb.
Mənbə: Milli.Az