Qadin.NET / Müharibə əlillərinə Prezident təqaüdü artırıldı

Müharibə əlillərinə Prezident təqaüdü artırıldı

Müharibə əlillərinə Prezident təqaüdü artırıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müharibə əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.

2. "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, в„– 9, maddə 795; 2011, в„– 12, maddə 1140; 2013, в„– 8, maddə 895; 2014, в„– 3, maddə 249) 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilsin:

"1.1. I qrup əlillərə - 165 manat

1.2. II qrup əlillərə - 143 manat

1.3. III qrup əlillərə - 110 manat.".

3. "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 129 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, в„– 3, maddə 249) 1-ci hissəsi ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Mənbə: Milli.Az

19 yanvar 2016
GO BACK