Qadin.NET / Kreditlər niyə milli valyutamız ilə deyil, dollarla verilir?

Kreditlər niyə milli valyutamız ilə deyil, dollarla verilir?

Kreditlər niyə milli valyutamız ilə deyil, dollarla verilir?
"Kreditlər niyə manatla - öz milli valyutamız ilə deyil, dollarla verilir? Bu, qəbuledilməzdir, birbaşa Konstitusiya pozuntusudur". Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

F.Ağamalı deyib ki, dollarla kredit, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz: "Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdırlar. Hətta, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir".Spiker Oqtay Əsədov isə millət vəkilinə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: "Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər".

Mənbə: Milli.Az

19 yanvar 2016
GO BACK