Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan “Facebook” sosial şəbəkəsinin ən effektiv lideri olub. ANS PRESS-in məlumatına görə bu, “Burson & Marsteller” PR şirkətinin 2015-ci ilə dair hesabatında məlum olub. Bildirilir ki, sosial şəbəkədə RTE (Rəcəb Tayyib Erdoğan) imzasından istifadə edən Türkiyə prezidenti onu izləyənlərlə şəxsən əlaqə yaradır. Ərdoğanın gündəlik proqramı barədə də izləyicilərinə ətrasflı məlumat verilir.
“Burson & Marsteller”in hesabatına görə, 2015-ci ildə ən effektiv “Facebook” istifadəçisi olan dövlət başçısı Hindistanın baş naziri Narendra Modi olub. İkinci yerdə isə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan qərarlaşıb. ABŞ prezidenti Barak Obama isə bu siyahıda ancaq 4-cü olub.
Hesabatın Avropa bölümündə isə Türkiyə prezidenti birinci yerdə qərarlaşıb.
Mənbə: ANS PRESS