Qadin.NET / “İşsizlik terror problemi qədər ciddidir”

“İşsizlik terror problemi qədər ciddidir”

 

“İşsizlik terror problemi qədər ciddidir”

Fransa prezidenti Fransua Oland ölkəni “iqtisadi fövqəladə vəziyyətdən” çıxarmaq üçün tədbirlər planı elan edib. ANS PRESS-in məlumatına görə, 2 milyard euro bücdəli tədbirlər planında əsas üstünlük yeni iş yerlərinin açılmasına yönəldiilib. 2 illik dövlət planına əsasən, 250-dən az əməkdaşı olan şirkətlər, işə gəncləri və ya işsizləri götürdüyü təqdirdə dövlətdən subsidiyalar alacaq. 
Bunun keçərli olması üçün şirkətlə əmək müqaviləsi bağlanmış yeni işçilər həmin müəssisədə azı 6 ay çalışmaldır. Bundan başqa 500 mindən çox peşə təlim-tədris məntəqələrinin açılması nəzərdə tutulub. 
Almaniyada işsizlik səviyyəsi 4.2 faiz olduğu halda, Avrozonanın ikinci ən iri iqtisadiyyatı sayılan Fransada bu göstərici 10.6 faiz təşkil edir. Fransa prezidentinin dediyinə görə, sosial çətinliklərə yol açan işsizlik ölkədə terror problemi qədər ciddir və Fransanın sabahı üçün yeni iqtisadi-sosial modelin qurulmasına ehtiyac var. O Fransa xalqını bu təşəbbüsə yardım göstərməyə çağırıb.

 

Mənbə: ANS PRESS

19 yanvar 2016
GO BACK