Vahid Mustafa Yevin rejissoru olduğu "Qanlı Yanvar" filmi bu dəfə Bakı Ali Neft Məktəbində (BANM) nümayiş olundu. Nümayişdə filmin yaradıcıları, baş rol ifaçıları Azər Aydəmir, Faiq Mirzəyev və Tamilla Həmidova və məktəbin pedaqoji heyəti iştirak edib.
ANS PRESS-in məlumatına görə, filmin təqdimatından öncə 20 Yanvar faciəsində həlak olan şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan tarixinin ən qanlı səhifələrindən birindən bəhs edən film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Tamaşaçılar, xüsusilə tələbələr ekran işini göz yaşları içərisində seyr ediblər.
Mənbə: ANS PRESS