Azərbaycanda indiyənədək "donuz qripi" aşkar olunmayıb. Bunu ANS PRESS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
Onun sözlərinə əsasən, Nazirliyin gücləndirilmiş iş rejimində apardığı profilaktik tədbirlər nəticəsində heç kəs bu qripə tutulmayıb.
Faktı Respublika Taun əleyhinə Stansiyadan da təsdiqlədilər: "İndiyənədək 300-dən çox qrip tutanlar özləri şübhələnərək poliklinikalara müraciət ediblər. Lakin onların heç birində bu virus aşkar olunmayıb".
Mənbə: ANS PRESS