Qadin.NET / İlham Əliyev: "Sosial siyasətə yüz milyonlarla manat xərclənəcək"

İlham Əliyev: "Sosial siyasətə yüz milyonlarla manat xərclənəcək"

İlham Əliyev: "Sosial siyasətə yüz milyonlarla manat xərclənəcək"
Azərbaycanda son illər ərzində əldə edilmiş uğurları biz qoruyacağıq, ölkəmizin sürətli inkişafını təmin edəcəyik. İmkan verə bilmərik ki, kimsə bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etsin.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə bildirib.Dövlət başçısı qeyd edib ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik: "Hər halda, bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əmək haqlarını, pensiyaları qaldırsın. Bu çox ciddi sosial addımdır. Bir də demək istəyirəm ki, bu, bizim güclü sosial siyasətimizin təzahürüdür və bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən yüz milyonlarla manat vəsait xərclənəcəkdir".Çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı salınması istiqamətində görülən tədbirlərə də toxunan dövlət başçısı bunun sosial təşəbbüs olduğunu vurğulayıb: "İlk növbədə çətin vəziyyətdə olan insanların vəziyyətini nəzərə alaraq biz bunu edirik. Və gələcəkdə çalışmalıyıq ki, bu sahədə maksumum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud da ki siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaq. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar".

Mənbə: Milli.Az

 

18 yanvar 2016
GO BACK