Qadin.NET / Azərbaycanda məşhur bankın bağlanması ilə bağlı ekspert rəyi

Azərbaycanda məşhur bankın bağlanması ilə bağlı ekspert rəyi

Azərbaycanda məşhur bankın bağlanması ilə bağlı ekspert rəyi
""Bank of Azerbaijan" ASC-nin bağlanması qərarı düzgün addımdır və təəssüf ki, xeyli gecikib".

Milli.Az xəbər verir ki, bunu maliyyə məsələləri üzrə iqtisadçı-ekspert Samir Əliyev bildirib.Onun sözlərinə görə, onsuz da bu bankın maliyyə imkanları çox pis idi və əmanətləri qaytara bilmirdi: "Əmanətçilər aylarla süründürülür, ancaq əmanəti geri ala bilmirdilər. Səbəb çox sadə idi. Çünki bankın maliyyə vəziyyəti pisləşmişdi. Digər tərəfdən də Mərkəzi Bank bankın lisenziyasını ləğv etmirdi. Bu isə sığorta hadisəsinin baş verməsinə imkan vermir. Nəticədə bank yarımcan idi. Nə birdəfəlik bağlanırdı ki, camaat da pulunu Əmanətlərin Sığortalanması Fondundan geri alsın, nə də vəziyyəti düzəlirdi. İl ərzində baş verən devalvasiya bankın xilası ümidini də itirdi. Bu baxımdan bank sektorunun dayanıqlığını poza bilən daha bir bankın bazarı tərk etməsi yaxşı qarşılanmalıdır".Lakin ekspertin fikrincə, bu cür vəziyyətdə olan təkcə "Bank of Azerbaijan" deyil: "Başqa daha bir neçə bank var ki, oxşar vəziyyətdədir. Onlara da Mərkəzi Bank əncam çəksə, yaxşı olar. Qeyd edim ki, bu, 2016-cı ildə bağlanacaq yeganə bank olmayacaq. İl ərzində bazarı tərk edəcək bankların sayı çox olacaq. Ona görə də Mərkəzi Bank əhalinin bank sektoruna inamını qorumaq üçün təcili surətdə əmanətlərin sığortalanması mexanizmini təkmilləşdirməlidir".

Mənbə: Milli.Az

 

18 yanvar 2016
GO BACK