Qadin.NET / Pensiyalar vaxtından əvvəl veriləcək

Pensiyalar vaxtından əvvəl veriləcək

 

Pensiyalar vaxtından əvvəl veriləcək

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, fond yanvar ayının pensiyalarının maliyyələşdirilməsini başa çatdırıb: "Ötən ilin yekunları üzrə fondda təqribən 107 milyon manat məbləğində sərbəst vəsaitin yarandığını nəzərə alaraq sosial sığortadan ayrılmalar üzrə daxilolmaları gözləmədən pensiyaların verilməsinə başladıq".E.Mehdiyev əlavə edib ki, fevralın 1-nə əmək pensiyasının baza hissəsi avtomatlaşdırılmış sistemə qoşulacaq və pensiyaçılar artıq gələn aydan (2016-cı ilin martından) pensiayalarını 10 faizlik əlavə ilə alacaqlar: "Əmək pensiyasının baza hissəsinin artırılması DSMF-nin qeydiyyatında olan bütün pensiyaçılara şamil ediləcək. Dövlət qulluqçusu işləyən və bu kateqoriyaya bərabər tutulan pensiyaçılar istisna təşkil edəcək, çünki onların pensiyalarının artırılması bilavəsitə əməkhaqları ilə bağlıdır".

Mənbə: Milli.Az

18 yanvar 2016
GO BACK