Məkkədə tikiləcək müsəlman muzeyinin memarı erməni olacaq. Publika.Az "news.am" saytına istinadən xəbər verir ki, müsəlman muzeyinin inşası üzrə keçirilən müsabiqənin qalibi "Mossessian Architecture" arxitektura şirkəti olub.
Şirkətə Britaniya Kral Arxitektura İnstitutunun üzvü, erməni əsilli fransız memarı olan Mişel Mosesyan başçılıq edir.
Məkkənin 7 kilometrliyində tikiləcək muzey islam dininin yaranmasını simvollaşdıracaq. Muzeydə virtual məscid, audio-video zallar və 3D nümayişləri olacaq. Muzeyin əsas binasının daşları dünyanın bütün müsəlman ölkələrindən gətiriləcək.
Mənbə: Milli.Az