ANS PRESS-in məlumatına görə, Klinton bu barədə Demokratlar partiyasından ABŞ prezidentliyinə namizədlərlə debatlar zamanı etiraf edib. Hillari bildirib ki, onun Rusiya prezidenti Vladimir Putinlə danışıqları çətin olub. Prezidentliyə namizəd onu "davakar" kimi xarakterizə edib.
"Əslində, bizim münasibətlərimiz həmişə hörmətə bağlı olub. Baxmayaraq ki, bizim bir-birimizlə iş əməkdaşlığımız çətin olub. Mən bilirəm ki, Putin elə adamlardandır ki, həmişə öz bildiyini edir". Danışıqlar zamanı xanım Klinton Rusiya liderini "dikbaş" adlandıraraq "istədiyini əldə etməyənədək hər şeyi əldən ala biləcək" bir adam kimi təqdim edib.
Bundan başqa, prezidentliyə namizəd ABŞ-ın Avropa ölkələri ilə birlikdə hərəkət etməsinin tərəfdarı olduğunu deyib. O, Krım və Donbasdakı hadisələrlə əlaqədar Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalar irəli sürməsindən sevindiyini bildirib.Hillari Klinton onu da əlavə edib ki, ABŞ və Avropa birlikdə olub Putinin nə Avropa, nə dəYaxın Şərqdə aqressiv mövqe tutmağına icazə verməməlidir.
Əslində Rusiya prezidenti haqqında xoşagəlməz sözləri ötən il dekabr ayının sonunda ABŞ prezidentliyinə namizəd Ceb Buş da söyləyib.
"Biz dünyada təsirimizi itiririk, Putin isə onları yığır. O, müttəfiq deyil. O, əsl diktatordur. O, dələduzdur", - deyə siyasətçi bildirib.
Mənbə: ANS PRESS