Qadin.NET / İran sürətlə dünyaya inteqrasiyaya başlayır

İran sürətlə dünyaya inteqrasiyaya başlayır

 

İran sürətlə dünyaya inteqrasiyaya başlayır

Amerika Birləşmiş Ştatları (ABŞ) İranın nüvə fəaliyyəti ilə əlaqədar bu ölkəyə qarşı tədbiq etdiyi sanksiyaları ləğv etdikdən sonra İranın ilk irihəcmli ticarət sövdələşməsi Avropanın“Airbus” şirkəti ola bilər. ANS PRESS-in məlumatına görə, ekspertlər İranın bu şirkətdən 100-dən çox təyyarə alacağını proqnozlaşdırıblar.
İranın nəqliyyat naziri Abbas Axundi hava nəqliyyatının inkişafına diqqət yetirəcəklərini bildirib. Sövdələşmə isə, azı 10 milyard dollar təşkil edəcək.
“Airbus” rəhbərliyi hələlik sövdələşmə ilə əlaqədar İranla heç bir danışıqlar aparmadıqlarını bildiriblər.
“İranın ayağı artıq sanksiyalar zəncirindən xilas olub. İndi tikmək və böyümək vaxtıdır.” - İran prezidenti Həsən Ruhani sanksiyaların ləğv olunmasına öz tvitter səhifəsində bu sözlərlə reaksiya bildirmişdi.

 

Mənbə: ANS PRESS

18 yanvar 2016
GO BACK