Türkiyədə ötən gün yağmağa başlayan şiddətli qar səbəbindən orta məktəblərdə 1 günlük tətil elan olunub. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, qarın başlaması ilə İstanbulda olan milyonlarla şagird şəhər merinin tətil barədə açıqlamasını gözləməyə başlayıb. İstanbul meri sosial şəbəkədəki səhifəsində bu gün üçün İstanbul məktəblərində tətil olacağını elan edib:
“Meteorolojinin məlumatına görə, şəhərimizdə başlayan qarın sabah (red - bu gün) günortadan sonra effektini çoxaldaraq davam etməsi gözlənildiyindən hər hansı bir sıxıntı və ziyançılıq yaranmaması üçün bazarertəsi günü təhsilə bir gün fasilə verilib.” – deyə merVasip Şahin öz Twitter səhifəsində yazıb. İstanbulla yanaşı Türkiyənin Kocaeli, Sakarya, Manisa, Muğla və s. şəhərlərində də qar səbəbindən orta məktəblərdə 1 gün tətil elan edilib.
Həmçinin güclü qar səbəbindən Türkiyədə bir çox aviareys təxirə salınıb, ötən axşam "Beşktaş" - "Manisa-İdmanyurdu" arasında keçirilən futbol qarşılaşması dayandırılıb.
Mənbə: ANS PRESS