Qadin.NET / Günün ulduz falı

Günün ulduz falı

Günün ulduz falı
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç -Mənfi tendensiyaların təsiri güclənir. Bunun zərəri ən çox maliyyə sahəsinə dəyəcək. Daha ciddi problemlər məhz bu sahədə yaranacaq. Bir çoxları üçün gün bəd xəbərlərlə (cərimələr, sanksiyalar və maaşın azalması və s. barədə məlumatlar) yadda qalacaq. Gərginlik artır və bu, vəziyyətin ağırlaşmasına səbəb olur: müdiriyyətlə işçilər arasında münasibətlər korlanır, iş müttəfiqlərinin əməkdaşlığı təhlükə altına düşür. Çünki hərə yorğanı öz üstünə çəkir.

Buğa - yolayovuqluq nümayiş etdirsəniz və başlarına təşəbbüs irəli sürməyə imkan versəniz, yaxınlarınıza münasibətləriniz harmonik olacaq. Hər şeydə israr etmək yaxşı heç nə vəd etmir.

Əkizlər - sizə karyera yüksəlişində yardım edəcək adamla görüş gözlənilir. Sizdən çox az şey - xoş təəssürat yaratmaq tələb olunur. Yaranan problemləri təkbaşına yoluna qoymalı olmayacaqsınız. Bu gün köməkçi və müttəfiqləriniz çox olacaq. Günün ikinci yarısı hədiyyələr və sürprizlər vaxtıdır. Romantik görüş uzun müddət yaddaşınızdan silinməyəcək.  

Xərçəng - yaxınlarınızın diqqət və dəstəyinə bel bağlaya bilərsiniz. Gün istənilən mövzuda söhbətlər üçün münasibdir. Hədiyyə və sürprizlər mümkündür. Pul gəliri də istisna deyil. Böyük məmnuniyyətlə, pul xərcləyəcəksiniz. Xoşbəxtlikdən, bazarlıqlarınızın böyük əksəriyyəti uğurlu olacaq.

Şir - bu gün dünəndən prinsipial şəkildə fərqlənəcək. Özü də təəssüf ki, yaxşı tərəfə yox. Alın təri ilə işləməli olsanız da, nəticələr çox xırda olacaq. Rəhbərlik tənqidə köklənib, xırda səhvə görə sizi çox sərt cəza gözləyir.

Qız - yaxınlarınızla yola getmək çətin olacaq. Həyat potensialının aşağı olması da vəziyyəti gərginləşdirir. Xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Yuxusuzluq ehtimalı da yüksəkdir.

Tərəzi - nöqteyi-nəzərinizi heç kimin bölüşmədiyini görürsünüzsə, öz mövqeyinizdə israr etməyin. Fəndgirlik, opponentlə sözdə razılaşmaq, sonra isə öz bildiyini etmək bu gün çox faydalıdır. Hesab işlərində səhvlər mümkündür. Bu səhvlər maddi itkilərə səbəb olmasa da, işinizi artıracaq.

Əqrəb - darıxdırıcı kağız işləri - hesabatların hazırlanması, sənədlərin qaydaya salınması, rəsmi məktubların yazılması ilə məşğul olmaq lazım gələcək. Bunlar sevilmli işləriniz deyil. Ona görə də tez yorulacaq və öz işinizi kiməsə tapşırmağa çalışacaqsınız. Amma düz adamın seçilməsi vacibdir. Elə adama bel bağlayın ki, heç vaxt sizi pis vəziyyətdə qoymasın.

Oxatan - uğur qazanmaq üçün əsas şərt ətrafdakılarla yaxşı münasibətdir. Ona görə də həm işləməyə, həm də istirahətə tək öyrəşmiş adamlar əməkdaşlıq barədə düşünməli, asanlıqla razılışmağın, səyləri birləşdirməyin mümkün olduğu adama diqqət yetirməlidirlər. Bu zaman tam səmimiyyətə ehtiyac yoxdur. İnsanlara onların eşitmək istədiklərini söyləmək kifayətdir. Nə qədər təəccüblü olsa da, bu gün çox bəsit hiyləgərlik effektli olacaq. 

Oğlaq - əgər üzərinizə çox iş götürməsəniz, çətinliklər yaranmayacaq. Unutmayın ki, çətinlik və problemləri ətrafdakılarla bölüşmək olar. Tanışlarınızın arasında istənlən köməyinizə gəlməyə hazır olan kifayət qədər adam var. Müqavilə və razılaşmaları yalnız o vaxt imzalamaq olar ki, sənədlərin məzmunu dərindən öyrənilib və təhlil edilib, eləcə də fikrinə etibar etdiyiniz adamlar tərəfindən bəyənilib.

Dolça - şəxsi münasibətlər mənfi təzahürlərdən daha az ziyan çəkəcək. Sabitliyə və qarşılıqlı anlaşmaya can atılması incikliklərdən yayınmağa kömək edəcək. Keçmiş barədə düşünməklə maraqlı nəticələrə gəlmək və bunun əsasında gələcək planlara düzəlişlər etmək mümkündür.
 
Balıqlar - keçmişdə buraxılmış səhvlər əlverişsiz anda özünü xatırlatmağa başlayır və pis vəziyyətə düşə bilərsiniz. Baş verənləri təhlil etmək pis olmazdı. Lakin bu gün siz sakit düşünmək üçün kifayət qədər soyuqqanlı deyilsiniz. Baş verənlərə görə başqasını günahlandırmaq istəyi də güclüdür. Özünütənqidə qadir olan Balıqlar hadisələrdən çox vacib dərs alacaq, qalanları isə hədər yerə enerji itirəcək və yorulacaqlar.

Mənbə: Milli.Az

18 yanvar 2016
GO BACK