Qadin.NET / 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin təqaüdü artırılıb

20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin təqaüdü artırılıb

20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin təqaüdü artırılıb

20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin təqaüdü artırılıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fərman imzalayıb.
Fərmanda qeyd olunur:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.
2. “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, в„– 1, maddə 17) 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilsin:
“1.1. I qrup əlillərə – 165 manat
1.2. II qrup əlillərə – 143 manat
1.3. III qrup əlillərə – 110 manat”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Mənbə: ANS PRESS

16 yanvar 2016
GO BACK