Qadin.NET / Azərbaycanın yaratdığı dünyanın ən böyük banklarından biri işə başladı

Azərbaycanın yaratdığı dünyanın ən böyük banklarından biri işə başladı

Azərbaycanın yaratdığı dünyanın ən böyük banklarından biri işə başladı
Azərbaycanın da təsisçisi olduğu Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) işə başlayıb.
ANS PRESS-in məlumatına görə, yeni maliyyə təşkilatının ilk prezidenti Çinin keçmiş maliyyə nazirinin nazir müavini Szin Lisyun seçilib. 
Asiya İnfrastruktur İnvestisiyaları Bankının ən böyük həmtəsisçiləri sırasında ilk beşlikdəÇinHindistanRusiyaAlmaniya və Cənubi Koreya dayanır. Yeni maliyyə təşkilatı Dünya Bankının potensial rəqibi hesab edilir. Bankın açılış mərasimində Çin Xalq Respublikasının prezidenti Si Tsinpin də iştirak edib. Bankın nizamnamə kapitalı 100 milyard dollar təşkil edir. Azərbaycanın da təsisçiləri sırasında olduğu Asiya İnfrastruktur İnvestisiyaları Bankının yaradılması haqqında saziş 2015-ci il iyunun 29-da Pekində 57 ölkə tərəfindən imzalanıb. Sənədi imzalayan ilk ölkəAvstraliya olub. Azərbaycan hökuməti adından isə sazişə maliyyə naziri Samir Şərifov imza atıb. 
AİİB-in yaradılması təşəbbüsünü 2013-cü ilin oktyabrında Çin Xalq Respublikasının sədri Si Tsinpin irəli sürüb. Çin liderinin bu təklifi bir çox ölkələr tərəfindən dəstəklənib. 2014-cü ilin oktyabrında Pekində 22 ölkə AİİB-in yaranmasına hazırlıq barədə memorandum imzalayıb. 
Bankın təsisçiləri arasında Azərbaycanla yanaşı Hindistan, Sinqapur, Vyetnam, Filippin, Monqolustan, Banqladeş, BruneyKambocaQazaxıstan, Rusiya, Küveyt, Laos, Malayziya,MyanmaNepalOmanPakistanQətərŞri-Lanka, Tailand, Özbəkistan da var. Bankın qərargahı Pekində yerləşir. 
Əsasən Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilib ki, bunun da təxminən 75 faizini Asiya ölkələri təmin edəcək. 
Hazırda bankla 57 ölkə əməkdəşlıq edir. Böyük Britaniya, Almaniya, Fransa və İtaliya digər Avropa dövlətlərinin bankla əməkdaşlıq etməsi ABŞ-ın etirazına səbəb olub. Adı çəkilən dövlətlər bankda 25% paya sahibdirlər. 

Mənbə: ANS PRESS

16 yanvar 2016
GO BACK