Qadin.NET / "Donuz qripi" Azərbaycan ərazisinə çatdı

"Donuz qripi" Azərbaycan ərazisinə çatdı

"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "donuz qripi" virusu sürətlə yayılır. Modern.Az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağdakı separatçı rejimin "Səhiyyə Nazirliyi" 4 xəstəliyə yoluxma faktını təsdiqləyib. Xəstələrdən 2-si ağır durumda olduğu üçün həkim nəzarəti altında saxlanılır.Hazırda Qarabağda soyuqdəymə diaqnozu ilə xəstəxanalara yerləşdirilən 70 nəfər "donuz qripi" şübhəsi ilə tibbi nəzarət altında saxlanılır.Məlumata görə, "donuz qripi"nə görə işğal altındakı Xankəndi, Şuşa və Xocavənddə məktəblərin əksəriyyəti bağlanıb və tibb mərkəzləri gücləndirilmiş iş rejiminə keçib.

Mənbə: Milli.Az

 

15 yanvar 2016
GO BACK