Qadin.NET / Rusiya ağır epidemiya ilə üz-üzə

Rusiya ağır epidemiya ilə üz-üzə

 

Rusiya ağır epidemiya ilə üz-üzə

Rusiya ağır qrip epidemiyasının astanasındadır. ANS PRESS-in məlumatına görə, yeni ildən sonra Rusiyada qripdən 10 ölüm hadisəsi qeydə alınıb.
Bu barədə Rusiya Qrip Elmi Təhqiqatlar İnstitutunun direktor müavini Lyudmila Çıbalova həyacan təbili çalıb. Lyudmila Çıbalovanın sözlərinə görə, belə vəziyyət onu göstəririr ki, bu il Rusiyada epidemiya ağır olacaq.Eyni zamanda həkim qeyd edib ki, bütovlükdə ölkədə qrip üzrə yoluxuculuğa qarşı mübarizə aparmaq olar. Epidemiya artıq Volqoqrad, Rostov-na-don və Krasnodar vilayəti üzrə geniş vüsət alıb. Oralarda əhalinin 60% qriplə xəstələnmə virusuna tutulub. Xəstəliyin belə coğrafiyası bununla izah olunur ki, keçmişdə cənub sakinləri qriplə az xəstələnirdilər və buna görə onlarda ona qarşı immunitet yoxdur.

 

Mənbə: ANS PRESS

15 yanvar 2016
GO BACK