Qadin.NET / Bakıda yeni metro stansiyası

Bakıda yeni metro stansiyası

Bakıda yeni metro stansiyası
Bakı metrosunda "B-4" adlanan stansiyanın qazılması işləri başa çatıb, işlər növbəti "B-5" stansiyasına doğru davam edəcək.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.Onun sözlərinə görə, 2011-ci ildə Almaniya istehsalı olan "Herrenknecht" ("Herrenknext") tunelqazma kompleksi 2011-ci il avqustun 1-dən etibarən "Bənövşəyi" xəttin "Avtovağzal" stansiyasından "Memar Əcəmi-2" stansiyasına doğru hərəkəti başlayıb. İndiyə kimi 4630 m yol qət edən qurğu bu gün xəttin şərti olaraq "B-4" adlanan stansiyasına daxil olub:  "Qazma kompleksi ötən müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə, kənardan müşahidəsi mümkün olmayan işini başa vurub və ilk dəfə olaraq açıq sahəyə çıxıb.Qazma kompleksi indiyə kimi qət etdiyi məsafədə özündən sonra 6 m diametrə malik 4630 m yüksək səviyyəli dəmir-beton tunel qoyub. Qazma kompleksi bu gün "B-4" stansiyasında quraşdırılmış start kamerasında qarşılanıb və ilk dəfə olaraq kompleksin işini kənardan müşahidə etmək mümkün olub".

N.Paşayev qeyd edib ki, kompleks bu sahədə işini başa vuraraq, estafeti başqa bir qazma sipəri ilə davam etdirəcək: "B-5" istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. Bu gün işini başa vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək. Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra, "Herrenknecht" yolunu "B-5" stansiyasına doğru davam etdirəcək. Yəni, növbəti stansiya - "B-5".

Mənbə: Milli.Az

 

14 yanvar 2016
GO BACK