Qadin.NET / Qiymətlərin bahalaşdığı sahələr

Qiymətlərin bahalaşdığı sahələr

 

Qiymətlərin bahalaşdığı sahələr

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev süni qiymət artımı ilə bağlı məsələlərə aydınlıq gətirib.
- Süni qiymət artımının qarşısının alınması üçün hansı addımlar atırsınız?
- Qeyd edim ki, manatın məzənnəsində baş verən məlum dəyişiklikdən sonra istehlak bazarındakı qiymət artımına, əmtəələrin dövriyədən çıxarılmasının və digər neqativ halların qarşısının alınması ilə bağlı ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən bu sahədə aparılan tədbirlər daha da gücləndirilib. Eyni zamanda bu istiqamətdə işlər digər aidiyyati dövlət orqanları ilə birlikdə həyata keçirilməyə də başlanılıb. Bununla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi Baş Prokurorluqla birgə tədbirlər planı hazırlayarq təsdiq edilib. Həmin tədbirlər proqramına uyğun olaraq müvafiq monitorinqlər həyat keçirilir. Bu tədbirlər hazırda da davam etdirilir.
- Süni qiymət artımı ən çox hansı sahələrdə qeydə alınır?
– Müəyyən təsərrüfat subyektlərində əsasız olaraq qiymət artımına yol verildiyi aparılan monitorinqlər zamanı aşkar edilib. Bundan başqa məhsulun qiymətini qaldırmamaq şərtiylə onun çəkisini azaltmaqla istehlakçının aldadılması kimi faktlar da qeydə alınıb. Artıq çörək istehsalı ilə məşğul olan bir neçə obyekt rəhbərlərinə gələcəkdə bunun bir daha təkrarlanmaması ilə bağlı xəbərdarlıq edilib. Əgər bu hall bir daha təkrarlanarsa, qanunvericiliyə uyğun olaraq lazımi tədbirlər görüləcəyi onların diqqətinə çatdırılıb. Eləcə də yumurta bazarında süni qiymət artımı faktı aşkarlanıb. Nəticədə bununla bağlı görülən tədbirlər barədə ictimaiyyətə məlumat verilib. Hazırda süni qiymət artımının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

 

Mənbə: ANS PRESS

14 yanvar 2016
GO BACK