Son günlərdə Şimal-Qərb bölgəsində qarın bir neçə gün ard-arda yağması, ardınca isə müşahidə olunan günəşli hava dağlardakı qarın əriməsinə və çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub. Bu da təsərrüfatda suvarma işlərinin aparılması üçün böyük su ehtiyatıdır.Qax rayonunda mövcud əkin sahələrinin suvarılması üçün əsasən Kürmük çayından istifadə olunur. Qeyd edək ki, Kürmük çayının məcrasında tikilən baş sugötürücü qurğu, qurulan nasos stansiya vasitəsi ilə əkin sahələri tam suvarıla bilir. Çaylarda suyun bol olması isə bol məhsulun təminatıdır.
Mənbə: Milli.Az