Qadin.NET / Ərdoğan və Putin Qarabağ üçün döyüşəcək

Ərdoğan və Putin Qarabağ üçün döyüşəcək

Ərdoğan və Putin Qarabağ üçün döyüşəcək
2016-cı ildə Rusiya və Türkiyə Qafqazda təsirini artırmaq üçün mübarizə aparacaq. Onlar əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə təsir etməyə çalışacaqlar”. 
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Stratfor analitik mərkəzinin 2016-cı il üçün siyasi proqnozlarında bildirilir. 
Stratfor analitiklərinin proqnozlarına görə, 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əhəmiyyətli dəyişikliklər baş verə bilər. “Rusiya Ermənistana ediləcək güzəştlər əvəzində Azərbaycan torpaqlarının azad olunmasına cəhd edəcək. Əgər Dağlıq Qarabağ danışıqları müvəffəqiyyətsizliklə nəticələnərsə, hərbi əməliyyatların başlamasını gözləmək olar. Amma Rusiya daha çox diplomatik danışıqlara üstünlük verəcək”,-deyə "Stratfor"un analitikləri bildirir. 
Analitiklərin fikrincə, Rusiyanın Cənubi Qafqazdakı yeni siyasəti Türkiyə və ABŞ-ın diqqətini cəlb edəcək.“Rusiya və Türkiyə arasında iqtisadi və siyasi münasibətlərdə soyuqluq olsa da, əlaqələr tam kəsilməyəcək. İki ölkə arasında strateji energetika layihələrinin reallaşmasında ləngimələr ola bilər. Belə bir vəziyyətdə Türkiyə Azərbaycan və Şimali İraq Kürd Muxtariyyəti ilə energetika layihələrini həyata keçirməyə maraq göstərəcək”. 
Rusiya və Türkiyə həmçinin Cənubi Qafqazda olduğu kimi Suriyada da qarşılaşacaq. Analitiklər bildirirlər ki, bu ildə Rusiyanın Suriyada hərbi əməliyyatları davam edəcək. Bu səbəbdən Rusiya ilə Biləşmiş Ştatların, Avropa dövlətlərinin və Türkiyənin münasibətlərini pisləşəcək. Həmçinin Türkiyə NATO dövlətləri ilə yaxınlaşdığı üçün rəsmi Moskva Ankara ilə münasibətləri daha da gərginləşdirməyə cəhd etməyəcək. 2015-ci il Yaxın Şərqdə böyük gərginliklərlə yadda qalıb. Dağlıq Qarabağ münaqişəsinin həllində də nəzərəçarpan irəliləyişlər baş vermədi. Prezident İlham Əliyevdə Nazirlər Kabinetinin son iclasında bildirib ki, 2015-ci ildə Ermənistan prezidenti ilə görüş baş tutsa da, Dağlıq Qarabağ münaqişəsinin həllində nəticələr əldə olunmayıb.

Mənbə: ANS PRESS

13 yanvar 2016
GO BACK