Statistikaya görə, hamiləliyin axırıncı üçaylığında 2-5% qadınlarda ağır fəsad olan preeklampsiya inkişaf edir.
Preeklampsiyanın ağır formalarında qadında beyin qan dövranı kəskin pozulur ki, nəticədə qadın və körpə həlak ola bilər.
Preeklampsiyanı əvvəlcədən proqnozlaşdırmaq olduqca çətindir. Preeklampsiya hətta tam sağlam qadında inkişaf edə bilər. Hər il bütün dünyada preeklampsiyanın ağırlaşmasından qadınlar və uşaqlar həlak olur.
Milli.Az saglamolun.fz-a istinadən bildirir ki, Almaniya Şarite Universiteti alimləri xüsusi üsullarla preeklampsiyanın inkişafını 1 həftə əvvəl təyin edə biliblər.
Alimlər hamilə qadının qanında 2 xüsusi maddələrin (sLIt-1 və PIGF zülalların) səviyyəsini təyin edirlər. Bu zülalların səviyyəsinin dəyişilməsi preeklampsiyanın ilk simptomlarının inkişafından əvvəl onun yaxınlaşmasına işarə edir.
Hal hazırda yeni metodika 1000 hamilə qadının arasında test olunub və yaxşı nəticələr verib.
Gələcəkdə bu üsul geniş istifadə olunacaq. Alimlərin fikirnə görə, bu üsul preeklampsiyanın ağır fəsadlarının inkişafının qarşısını almağa imkan verəcək.
Mənbə: Milli.Az