Qadin.NET / İstanbulun mərkəzində partlayış: xeyli ölən və yaralılar var

İstanbulun mərkəzində partlayış: xeyli ölən və yaralılar var

İstanbulun mərkəzində partlayış: xeyli ölən və yaralılar var
İstanbulun mərkəzi meydanında partlayış baş verib.Trend-in "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var.

Məlumata görə, partlayış turistlərin keçidi zamanı mərkəzi məscidin yaxınlığında baş verib.Bəzi Türkiyə KİV-lərinin məlumatına görə, partlayışı terrorçu-intiharçı törədib, lakin insidentlə bağlı rəsmi bəyanat hələ yoxdur.Milli.Az "Milliyet"ə istinadən bildirir ki, partlayış 12:20-də baş verib.

Hal-hazırda 2 yaralı xəstəxanaya çatdırılıb. 

Hadisə yerinə gedən polis maşını aşıb. Nəticədə 2 polis yaralanıb.

Partlayışın səbəbi araşdırılır. 

13:17

Trend bildirir ki, Türkiyə mətbuatının məlumatına əsasən, partlayışda 10 nəfər həlak olub. Ölənlərin vətəndaşlığı hələ müəyyən edilməyib. Xəsarət alanlar arasında polislər də var.

13:22

Milli.Az Türkiyə KİV-ə istinadən bildirir ki, polis hadisə yerinə girişi məhdudlaşdırıb. Hadisədə xəsarət alanların qohumları bundan hiddətlənərək polislərə hücum edib maşınlarını aşırıblar.

13:35

Milli.Az "Milliyet"ə istinadən bildirir ki, hadisədə 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

13:33

Trend bildirir ki, Türkiyənin "Haber7" qəzetinin məlumatına görə, partlayışa səbəb terror aktıdır. Məlumata görə, terrorçu-intiharçı xarici turistlərin yanında özünü partladıb.Partlayışın səsi İstanbulun Kartal, Kadıköy, Taksim, Beşiktaş, Çağlayan, Eyüp, Sirkeci, Fındıklı və Kasımpaşa səmtlərində eşidilib.

Terror aktının kürdlərin PKK terror təşkilatı və ya İŞİD tərəfindən həyata keçirildiyi güman olunur.Milli.Az CNN-ə istinadən bildirir ki, partlayış meydandakı "Dikili Taş" və "Alman Çeşmesi" arasındakı yerdə olub. Terrorçunun hədəfi 15-20 nəfərlik turist qrupu olub.Partlayışda 10 nəfərin həlak olduğu, 16 nəfərin yaralandığı iddia olunur.Yaralılar "Haseki Eğitim ve Araştırma Hastanesi" ilə yanaşı, 4 hospitala aparılıblar.

Mənbə: Milli.Az

12 yanvar 2016
GO BACK