Qadin.NET / DiKaprio Azərbaycanda sevilən müğənnini lağa qoydu

DiKaprio Azərbaycanda sevilən müğənnini lağa qoydu

 

DiKaprio Azərbaycanda sevilən müğənnini lağa qoydu

Leonardo DiKaprionun “Qızıl Qlobus” mərasimindəki maraqlı anı bütün sosial şəbəkələrdə sürətlə yayılıb. ANS PRESS-in məlumatına görə, məşhur ifaçı Ledi Qaqa səhnəyə çıxan zaman təsadüfən Di Kaprioya toxunub. 41 yaşlı aktyor baş verən hadisəyə maraqlı reaksiya verib. O, ifaçının ağzını əyərək gülüb. Bundan əlavə ulduzun reaksiyasını ağzına baxaraq oxumaq olar: “Zibilə qalsın”Di Kaprionun özü bu barədə belə şərh edib: “Mən sadəcə başa düşmədim ki, məni kim itələdi”.Qaqa sevinc emosiyalarını gizlədə bilməyərək səhnəyə çıxan zaman ağlayıbÖtən gün ABŞ-ın Los-Anceles şəhərində 73-cü "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimi keçirilib.Leonardo Di Kaprionun rol aldığı “Sağ qalan” “İlin ən yaxşı dramatik filmi” seçilib. DiKaprio isə 3-cü dəfə “ilin ən yaxşı dramatik aktyoru” nominasiyasında mükafata layiq görülüb. 

 

Ledi Qaqa isə “Amerikanın dəhşətli tarixi” serialında rol aldığı üçün “İlin ən yaxşı qısa serialı və televiziya üçün film” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb. 

DiKaprio Azərbaycanda sevilən müğənnini lağa qoydu

 

 

Mənbə: ANS PRESS

12 yanvar 2016
GO BACK