Qadin.NET / Həccin də xərci artır

Həccin də xərci artır

 Həccin də xərci artır
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün xərclər artacaq. 
Bu barədə ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli məlumat verib. Onun sözlərinə görə, yanvarın sonunda Həcc ziyarəti ilə bağlı təşkilati məsələlərin müzakirəsi üçün QMİ-nin nümayəndə heyəti Səudiyyə Ərəbistanına yola düşəcək. Məhz bu səfər çərçivəsində həm də Həccin xərcləri ətrafında da danışıqlar aparılacaq. 
Bununla belə, artıq ötən ildən Həcc ziyarəti üçün səfər xərcləri dollar hesabı ilə aparıldığından, bu il də qiymətlərdə bahalaşma olacağı istisna edilmir: “Hələlik bu barədə dəqiq bir məlumat yoxdur. Qiymətlər Səudiyyə Ərəbistanına gedəcək nümayəndə heyətinin aparacağı danışıqlardan sonra müəyyənləşdiriləcək. Amma bildiyiniz kimi, Həcc ziyarəti üçün qiymətlər dollarla hesablanır. Bu valyutanın məzənnəsində də dəyişiklik olduğu üçün yəqin müəyyən artımlar olacaq”, - deyə QMİ-nin səlahiyyətli nümayəndəsi bildirib. 

Mənbə: ANS PRESS

12 yanvar 2016
GO BACK