Qadin.NET / Nazirlik obyektləri külli miqdarda cərimələdi

Nazirlik obyektləri külli miqdarda cərimələdi

 

Nazirlik obyektləri külli miqdarda cərimələdi

Vergilər Nazirliyi aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinə nəzarətlə bağlı reydlər keçirib. Nəticədə isə bir sıra qanun pozuntuları aşkarlanıb. 
Vergilər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2016-cı ilin 6-8 yanvar tarixlərində aksizli malların dövriyyəsinin tənzimlənməsi qaydalarına əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə, nazirlik tərəfindən Bakı şəhəri də daxil olmaqla, bütün rayon və şəhərlərdə vergi nəzarəti tədbirləri keçirilib. 
Nəzarət zamanı ümumilikdə 145 vergi ödəyicisində, o cümlədən, “Ameqo” MMC topdan satış bazası, “Sonalar Sonası” şadlıq evi, “Favorit” marketdə bir sıra qanun pozuntuları aşkar edilib. 

 

Mənbə: ANS PRESS

12 yanvar 2016
GO BACK