ANS PRESS sizə məşhur futbolçulara verilən maraqlı ləqəbləri sizə təqdim edir.
İdman karyerasını 1982-2004-cü ilərdə İtaliyada keçirən, Fiorentina, Yuventus, Milan,"Bolonya", İnter Milan və klublarının şərəfini qoruyan İtaliya milli yığma komandası heyətində 1990, 1994 və 1998-ci illərdə keçirilən futbol üzrə dünya çempionatlarında ölkəsini təmsil edən məşhur futbolçu Roberto Bacco öz maraqlı ləqəbi ilə seçilənlərdən olub. Onun ləqəbi “At quyruğu” olub.Futbolsevərlərin çox yaxşı tanıdığı italiya futbol ulduzu Fabio Kannavaro da öz maraqlı ləqəbi ilə tanınır. Onu hər kəs “Berlin divarı” deyə adlandırıb. İtalyanın ən keyfiyyətli müdafiə oyunçularından biri olan Kannavaro futbol həyatına Napolidə başladı. Müvəffəqiyyətli performansıyla böyük komandaların diqqətini çəkən, oyunçu Parmadan Inter Milana oradan da Yuventusa transfer oldu. 2006-cı ildə göstərdiyi performans ilə UEFA tərəfindən ilin futbolçusu seçilmişdir. Ayrıca Fabio Kannavaro bu mükafatı alan 3 müdafiə oyunçusundan biridi.Qana əsilli italyan futbolçu Mario Balotelli də maraqlı ləqəbləri olan futboçular siyahsındadır. Onu hər kəs “Super mario” adlandırır. Qalmaqallı oyunçu hal-hazırda İtaliyanın Milan komandasının oyunçusudur.Məşhur çexiyalı futbolçu Tomaş Rositskinin də ləqəbi var. Dostları onu “Balaca Motsart” adlandırır. İngiltərənin Arsenal və Çexiya Respublikasının milli formasını geyinən oyunçu dünyanın ən yaxşı mərkəz oyunçularından biri hesab olunur.Braziliya milli komandasının və Yunanıstanın Panathinaikos komandalarının şərəfini qoruyan məşhur futbolçu Gilberto Silvanın ləqəbi “Görünməz divardır”. 1976-cı ildə Braziliyada anadan olan oyunçunun ilk peşəsi mebel ustası olub.Dünya şöhrətli futbol ulduzu Real madrid komandasının oyunçusu, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun ləqəbi “Sulu göz” olub. Anasının və yaxınlarının dediyinə görə, oyun zamanı ona pas ötürülmədikdə yaxud da istədiyi kimi oynamadıqda yanaqlarını sıxaraq ağlamağa başlayırdı.
Fransalı futbolçu, İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi Karlo Ançelottinin köməkçisi, BMT-nin xoşməramlı səfiri Zinəddin Zidanın ləqəbi “Zizu” olub. 2006-cı ildə futbolçu karyerasını başa vuran əfsanəvi oyunçu karyerası ərzində, 1988-1992-ci illərdə, Fransanın "Kann", 1992-1996-cı illərdə "Bordo", 1996-2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001-2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib.
Adının mənası portuqalcadan “balaca ronaldo” olan məşur futbolçu Ronaldinionu hər kəs “Ronni “ deyə çağırır. Məşhur yarımmüdafiəçi hal-hazırda Braziliyanın Fluminense komandasının şərəfini qoruyur.
Mənbə: ANS PRESS