Qadin.NET / Hollivud gözəllərinin arıq qalma sirləri

Hollivud gözəllərinin arıq qalma sirləri

 

Hollivud gözəllərinin arıq qalma sirləri

Cennifer Eniston
 
Aktrisa şəkər, düyü, kartof və çörəkdən tamamilə imtina edib. Cennifer az-az, lakin tez-tez qidalanmağın tərəfdarıdır. Hər qida qəbulu zamanı o, 40 faiz zülal, 30 faiz karbohidrat və 30 faiz yağ qəbul edir.
 
Cenniferin birgünlük pəhrizi:
Səhər yeməyi: Hind pendiri ilə omlet
Nahar: Toyuq filesi ilə təzə tərəvəz salatı
Şam yeməyi: Qaynadılmış mal əti ilə yaşıl lobya şorbası, avokado və pomidor salatı
 
Rianna pəhrizi
 
Rianna 3-4 saatdan bir yeyir. Ətdən tamamilə imtina edən müğənni balıq və dəniz məhsullarına üstünlük verir, meyvə və tərəvəz həvəskarıdır, undan hazırlanmış xörəkləri isə yemir.
 
Riannanın birgünlük pəhrizi:
Səhər yeməyi: Suda bişmiş yumurta, bir stəkan limonlu su
İkinci səhər yeməyi: Meyvə, yaşıl çay ilə bal
Nahar: Ağ balıq filesi ilə kartof püresi və tərəvəz
Günorta yeməyi: Dəniz məhsulları və tərəvəzlərdən hazırlanan salat
Şam yeməyi: File və ya qırmızı balıq steyki (qarniri olmadan)
 
Enn Heteuey
 
Ennin qidalanma sistemini onun şəxsi dietoloqu Ceki Keller hazırlayıb. Aktrisanın gündəlik qidalanma rasionu1500-1800 kalori təşkil edir. Enn vegetarian olduğu üçün pəhrizə riayət etməkdə çətinlik çəkmir.
 
Ennin birgünlük pəhrizi:
 
Səhər yeməyindən əvvəl: Təzə sıxılmış tərəvəz suyu və ya smuzi
Səhər yeməyi: Yulaf sıyığı və ya kinoa
Səhər yeməyindən 1 saat sonra: Avokado ilə göyərti lavaşı
Nahar: Əriştə və ya lobya  şorbası
Nahardan 1 saat sonra: Enerji verən şokolad
Şam yeməyi: Tərəvəz salatı
Şam yeməyindən sonra: Meyvə
 
Culiya Roberts

 
Culiya Roberts qızıl balığı çox sevir. Bu səbəbdən, qızıl balıq pəhrizinə böyük məmnuniyyətlə əməl edir. Xüsusi vurğulamaq lazımdır ki, bu pəhriz saçların, dırnaqların və dərinin vəziyyətini yaxşılaşdırır.
 
Culiyanın birgünlük pəhrizi:
 
Səhər yeməyindən əvvəl: Bir stəkan limonlu su
Səhər yeməyi: Qızılbalıqla omlet
Nahar: Bir-iki tikə qızıl balıq
Günorta yeməyi: Yaşıl alma və fındıq
Şam yeməyi: Təzə tərəvəz və qızılbalıq steyki
 
Miranda Kerr

 
Miranda Kerr Ceyms Dadamonun hazırladığı qan qrupuna görə qidalanma sistemini dəstəkləyir. Birinci qan qrupu ətə üstünlük verməli, ikinci qan qrupu isə əksinə, ətdən imtina etməlidir. Üçüncü qan qrupu öz qida rasionunda süd məhsullarını əsas götürməli, dördüncü qan qrupundan olanlar isə xüsusi seçilmiş qidalara üstünlük verməlidir. Onu da qeyd edək ki, Miranda ikinci qan qrupuna aiddir.
 
Adriana Lima pəhrizi

 
Adriana Lima kofein və alkoqol, duz və şəkər, un məmulatları və yarımfabrikatlardan tamamilə uzaqdır. Gündə 5-6 dəfə, lakin az-az qidalanır, çoxlu su içir.
 
Səhər yeməyi: Kişmiş, təzə, yağsız yoqurt, şəkərsiz qəhvə
Nahar: Tərəvəz, yağsız ət və ya balıq
Şam yeməyi: Meyvə və ya yaşıl tərəvəz salatı
Şam yeməyindən sonra: Bir az bal və ya turş meyvələr
 
Uma Turman pəhrizi
 
Uma Turman, demək olar ki, hər zaman qeyri-adi pəhrizlər saxlayır. Aktrisanın pəhrizinin əsas hissəsini şirniyyatlar təşkil edir. Ona görə də, bu pəhriz şirniyyat sevənlərin xüsusi ilə xoşuna gəlir. O, tünd şokolad, pudinq və dondurma yeyir. Lakin onların yağsız olması şərtdir. Dietoloqlar bildirir ki, həmin pəhrizi 5 gündən artıq saxlamağa dəyməz.

 

Mənbə: Milli.Az

12 yanvar 2016
GO BACK