Qadin.NET / Məkkə Məşhədə iqtisadi savaş açdı

Məkkə Məşhədə iqtisadi savaş açdı

Məkkə Məşhədə iqtisadi savaş açdı
Səudiyyə Ərəbistanı ilə İran arasında əlaqələrin pisləşməsi ər-Riyadın üstünlüyü ilə asanlıqla iqtisadi müharibəyə çevrilə bilər.

Səudiyyəlilər və iranlılar regional üstünlük əldə etmək üçün uzun müddətdir ki, rəqabətdədirlər. Onlar Suriya və İraqda, eləcə də, Yəməndə sünni krallığın İran tərəfindən dəstəklənən husi üsyançılara qarşı hərbi əməliyyatlar aparması ilə öz əlaltıları vasitəsi ilə bir-birlərilə müharibə aparırlar. Səudiyyə Ərəbistanı öz sərhədlərindən kənarda gedən münaqişələr arasında eyni zamanda narahat şiə vətəndaşlarına təfriqə salmamaları üçün ciddi nəzarət edir. Ötən həftənin şənbə günü əl-Qaidənin krallıqda törətdiyi terror hücumlarında iştirak etməkdə günahlandırılan, əksəriyyətinin sünni olduğu 46 nəfərlə birgə şiə ruhani xadim Nimr əl-Nimr edam edilib.

Mənbə: Milli.Az

 

11 yanvar 2016
GO BACK