ANS PRESS-in məlumatına görə, bunu "Çarli Çaplin" kimi tanınan sirk ustası Üzeyir Novruzov özü Amerikanın Səsinə təsdiq edib. Ötən gün o, Çinin paytaxtı Pekində 20 metrlik nərdivanın üzərində 8 dəqiqəyə yaxın dayanaraq adını "Ginnes"in rekordlar kitabına yazdıra bilib.
Sirk artisti Üzeyir Novruzov ABŞ-ın Las-Veqas şəhərində yaşayır. O, elə həmin şəhərdə solo şouları ilə çıxış edir.
O, ABŞ və Azərbaycan auditoriyasına "America's Got Talent" şousuna qatılmaqla göstərdiyi təhlükəli nömrələrlə tanışdır.
Şounun yarım finalında hündür nərdivanın üzərində nömrə göstərmək istəyərkən yıxılmasına baxmayaraq o, izləyicilərin verdiyi səslər sayəsində "America's Got Talent" şousunun finalına qədər addımlayıb. Finalda aldığı zədələr ucbatından yüksək performans göstərə bilməməsinə baxmayaraq, o, milyonlarla izləyicinin sevgisini qazanıb.
Üzeyir Novruzovun "America's Got Talent" şousundakı çıxışı.
Mənbə: ANS PRESS