Qadin.NET / Uşaqla oynayan prezident qabırğasını sındırdı

Uşaqla oynayan prezident qabırğasını sındırdı

 

Uşaqla oynayan prezident qabırğasını sındırdı

Argentina prezidenti Maurisio Makri uşaqla oynayan zaman qabırğasını sındırıb.
ANS PRESS-in məlumatına görə, ölkə başçısı dörd yaşlı qızı ilə evində oynayan zaman yıxılıb.
Prezident dəftərxanası dövlət başçısının bu səbəbdən bir neçə gün işdən uzaq qalacağı qeyd olunub. Hazırda 56 yaşlı prezident şəhərkənarı evində dincəlir. Keçən il noyabr ayındaArgentinada keçirilən prezident seçkisində müxalifət lideri, "Respublikanın təklifi" partiyasının namizədi Maurisio Makri əsas rəqibi sosialistlərin namizədi, hakim "Qələbə Cəbhəsi" Alyansının təmsilçisi Daniel Sçiolini qabaqlamaqla analitikləri təəccübləndirmişdi. Bununla Makri onların 12 illik hakimiyyətinə son qoydu.
Qeyd edək ki, prezident Fernandes de Kirşner (2007-2015) və əri Nestora Kirşner (2003 -2007) 12 il Argentinanı idarə edib.

 

Mənbə: ANS PRESS

10 yanvar 2016
GO BACK