Qadin.NET / Ağzı açıq yatanlar bu yazını oxusun

Ağzı açıq yatanlar bu yazını oxusun

 

Ağzı açıq yatanlar bu yazını oxusun

Burun tutulması çoxlarında rast gəlinən hal olsa da, əksəriyyət ona ciddi yanaşmır. Lakin nəzərə almaq lazımdır ki, burun tutulması ürəyi yorur və ürək narahatlıqlarına səbəb olur.

 

Milli.Az lent.az-a istinadən bununla bağlı bəzi məsləhətlər təqdim edir.
Gecələr burundan nəfəs ala bilməmək, ağzı açıq yatmaq, xoruldamaq, tez-tez oyanmaq, səhərləri yorğunluq kimi şikayətləri olan insanlar mütləq qulaq, burun, boğaz həkiminə müraciət etməlidirlər. Burun tutulması yuxu problemləri və yorğunluq kimi həyat tərzinə mənfi təsir edən hallara səbəb olur. Problem uzun müddət davam edərsə, ürəkdə də problem yarada bilər. Bu cür şikayətlərə ciddi yanaşmaq lazımdır.
Çox zaman burun tutulması müvəqqəti həll yolları ilə aradan qaldırılır. Lakin bu, uzun müddət davam edərsə, ürəkdə problem yaradır.
Burun tutulması xoruldama və burun axıntısına da səbəb olur. Soyuqdəymə, qrip kimi infeksiyalar da burun tutulmasına səbəb olur. Bu zaman xalq arasında burun əti kimi tanınan hissələr də böyüyür. Sümükdə və ya qığırdaqda əyrilik varsa, xəstənin şikayətləri daha da çoxalır. Hətta cərrahiyyə əməliyyatı həddinə çatır.
Burundakı problemlərə sümükdəki və ya qığırdaqdakı əyrilik də səbəb olur. Allergik səbəblərdən burnu tutulanlar isə bir müddət sprey və müxtəlif vasitələrdən yararlana bilərlər.  

Mənbə: Milli.Az

10 yanvar 2016
GO BACK