Qadin.NET / Dünyada yeni böhran başlandı

Dünyada yeni böhran başlandı

 

Dünyada yeni böhran başlandı

2016-cı il dünya iqtisadiyyatı üçün çox pis başladı. ABŞ-ın fond bazarı, sözün əsl mənasında, çöküb.
ABŞ iqtisadiyyatının ən önəmli indekslərindən biri, ölkə sənayesinin vəziyyətini əks etdirən Dow Jones yanvarın 4-dən 8-dək 5 faiz geriləyərək 900 bənd aşağı düşüb. FastSet-ə istinad edən CNN bildirir ki, bu ilin əvvəli ABŞ iqtisadiyyatı üçün son 119 ildə ən ağır dövr olub.
ABŞ-ın ən böyük 500 korporasiyasının səhmlərinin toplam dəyərinin orta qiymətini müəyyənləşdirən S&P 500 indeksi 4,9 faiz aşağı düşüb. 
Bu isə daha bir "qara rekord"dur.Əvvəlki "qara rekord" 2000-ci ildə, "dotkom"ların, yəni internet şirkətlərin "qovuq"larının partladığı zaman olmuşdu.

 

Və ən nəhayət, Morgan Stanley bankının hesabladığı, dünya fond bazarında situasiyanı əks etdirən MSCI World indeksi 5,2 faiz aşağı düşüb. Bu isə 1998-ci ildə sözügedən indeks tətbiq olunduğu 1998-ci ildən bəri ən pis göstəricidir.
Dünya iqtisadiyyatı sadəcə, son

3 gündə 2,5 trilyon dollar itirdi

Ekspertlərin fikrincə, yaşanan fəlakətin başlıca günahkarı Çindir. Çinin Xalq Bankı ilin əvvəlində milli valyuta olan yuanın genişmiqyaslı devalvasiyasına başlayıb. Yanvarın 7-də Çin valyutasının dəyəri 1 dollar üçün 6,5646 yuana, yəni 2011-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Bazar buna çox pis reaksiya verdi: yuanın bilərəkdən zəiflədilməsini Çin iqtisadiyyatının zəifliyi kimi dəyərləndirdilər. 
Nədən ki, devalvasiya milli iqtisadiyyatın geriləməsinin qarşısını almaq, yerli şirkətləri və bank sektorunu dəstəkləmək yollarından biridir.
İnvestorların kapitalı ölkədən çıxarmağa başladığını görən rəsmi Pekin yuanın kursunun geriləməsini dayandırmaq qərarına gəldi. Çin Xalq Bankı yuanın mövqelərini 0,02 faiz artıraraq 1 dollar üçün 6,5636 yuana çatdırdı.

Mənbə: Milli.Az

9 yanvar 2016
GO BACK