Vaşinqtonda Barak Obamanın itini oğurlamaq istəyən şəxsi həbs ediblər.
Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, 49 yaşlı Skot Stokert ABŞ prezidenti Barak Obamanın Portuqaliya cinsindən olan Bo adlı iti ilə maraqlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Stokertin planından xəbərdar olublar. Skot "Hampton Inn" otelinə daxil olan zaman tutulub. O, amerikalı polis əməkdaşlarına bildirib ki, İsa peyğəmbərdir. Valideynləri isə aktrisa Merilin Monro və ABŞ-ın 35-ci prezidenti Con Kennedidir. O hətta prezidentliyə namizəd olmaq istədiyini də bəyan edib. Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Skot Stokertin maşınından tüfəng, 350-yə yaxın güllə, polis dəyənəyi və maçeta aşkar ediblər. Bo adlı it Ağ evdə 2009-ci ildən yaşamağa başlayıb. İt "Bo, amerikalı baş komandan cilovda" kitabının qəhrəmanı da olub. 2013-cü ildə ailə Bo kimi eyni cinsdə olan daha bir iti saxlamağa başlayıb. Heyvanın adını Sanni qoyublar.
Mənbə: Milli.Az