Qadin.NET / Dünyanın ilk sərnişin dronu

Dünyanın ilk sərnişin dronu

 

Dünyanın ilk sərnişin dronu

Bu il Las Veqasda keçirilən Məişət Elektronikası Sərgisi 2016-da yüzlərlə şirkət və entuziastın hazırladığı müxtəlif dronlar, uçan aparatlar nümayişə çıxarılıb.
ANS PRESS-in məlumatına görə, builki sərginin əsas favoritlərindən biri "Ehanq" 184 adlı dünyanın ilk sərnişin dronudur.
Dronun göyərtəsində sərnişin əyləşə bilsə də, içəridə onu idarəetmək üçün heç bir düymə yoxdur. Pilotsuz uçan aparat tamamilə avtonom rejimdə çalışır, havaya qalxmasından tutmuş yerə eniş etməsinə kimi tam olaraq sensorlara və komyputerin proqram təminatına güvənir.
"Ehanq" şirkətinin həmtəsisçisi Derik Tsionqun dediyinə görə, onu almaq üçün istifadəçiyə lisenziya və ya pilot vəsiqəsi lazım gəlməyəcək, istifadəçi sacədə ona əyləşib, rahat uçuşdan həzz alacaq. Dronun istifadəçi interfeysi , ona havadan qalxmağa və enməyə, həmçinin içəridə olan havalandırma sistemini idarəetməyə imkan verən planşetin proqram təminatı ilə məhdudlaşır.
İlk sərnişin dronu ilə 3000 metrdən çox hündürlüyə qalxmaq olur. Standard sürət saatda 100 km, kruiz sürəti isə saatda 40 km yaxındır.Dron 8 pərli multi-rotor sistemi ilə təchiz olunduğundan, qəza halında belə sərnişini təhlükəsiz şəkildə yerə çatdıra billir. Bu sərnişin dronunun 200 min dollardan başlayan qiymətlə satılacağı bildirilir. 

 

Mənbə: ANS PRESS

9 yanvar 2016
GO BACK