Qadin.NET / Çin dollar satışını məhdudlaşdırıb

Çin dollar satışını məhdudlaşdırıb

 

 

Çin rəsmiləri yerli banklara ABŞ dollarının satışının məhdudlaşdırılmasına dair şifahi tapşırıq verib. "Report" "Financial Times"-a istinadən xəbər verir ki, rəsmi Pekin bu qərarla ölkədən valyuta axınının qarşısını almaq istəyir.Məlumata əsasən, Çin rəsmiləri xüsusi ilə Şanxay və Şençjen şəhərlərində valyuta tələbinin sürətlə artmasından narahatdır.Yeni qaydalara əsasən, bank müştəriləri əvvəlcədən müraciət etmədiyi halda bir gün ərzində bankdan maksimum beş min ABŞ dolları ala biləcək, əvvəlcədən sifariş tələbnaməsi daxil olduğu halda isə bu məbləğ iki dəfə çox ola bilər.Bir müştəri həftə ərzində banka ən çox üç dəfə sifariş tələbnaməsini təqdim edə bilər.

Mənbə: Milli.Az

9 yanvar 2016
GO BACK