Qadin.NET / Erkən doğulan körpələrin yaşamaq ehtimalı artır

Erkən doğulan körpələrin yaşamaq ehtimalı artır

 

Erkən doğulan körpələrin yaşamaq ehtimalı artır

"Azərbaycanda yeni diridoğulma meyarlarının tətbiqinə başlanılması ölkədə çox az çəkili yenidoğulmuşların yaşamasına ümid verir".
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, 1 в„–-li Bakı Tibb Kolleci və 2 в„–-li Bakı Baza Tibb Kollecində tələbə heyəti ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim və kommunikasiya mütəxəssislərinin görüşlərində bildirilib.
Görüşdə qeyd olunub ki, düzgün həyat tərzi keçirmək və zərərli vərdişlərdən uzaq olmaq, erkən yaşda hamiləlikdən çəkinmək, hamiləliyin 3 aylığından etibarən mütəmadi həkim nəzarətində olmaq vaxtından əvvəl doğuşların qarşısının alınmasına kömək edir.
Xatırladaq ki, növbəti maarifləndirmə tədbirləri yanvar-fevral aylarında qadın məsləhətxanalarının həkimləri və hamilə qadınlar arasında keçiriləcək.

 

Mənbə: Milli.Az

8 yanvar 2016
GO BACK