Milli.Az oxu.az-a istinadən bildirir ki, Reuters agentliyi 2016-cı ilin əsas gözlənilən hadisələrini açıqlayıb.
Amerikalılar noyabrın 8-də yeni preizdentlərini seçəcəklərFevralın 28-də "Oscar" mükafatlandırma mərasimi keçiriləcək və 2015-ci ilin ən yaxşı filmi müəyyən olunacaq.Avqustun 5-dən 21-ə qədər Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları keçiriləcək.Sentyabrda Çinin cənub-qərbində Quyçjou vilayətində dünyanın ən böyük FAST teleskopunun inşası başa çatacaq.Beynəlxalq koalisiya qüvvələri İŞİD-ə qarşı irimiqyaslı əməliyyatlar həyata keçirəcəklər.Dronlara təlabat çoxalacaq və Çin bu səhədə inhisarçı ölkəyə çevriləcək.Paris və San-Bernardinoya terror hücumlarında sonra, ictimai yerlərdə mühafizə gücləndiriləcək.Beş illik uçuşdan sonra NASA-nın "Yunona" adlı avtomatik planetlərarası stansiyası Yupiterin süni peykinin orbitinə çıxacaq.İraq və Suriya münaqişəsinin bitməməsi Avropaya üz tutan qaçqınların sayının artmasına səbəb olacaq.Parisdə iqlim konfransında 195 ölkə parnik effekti yaradan qazların havaya atılmasının qarşısını almaq və mədən yanacaqlarından asılılığa son qoymağa qərara alıblar. Bu il biz bu razılıqların necə yerinə yetiriləcəyini görəcəyik.
Mənbə: Milli.Az