Qadin.NET / İranlılara ümrə ziyarəti yasaqlandı

İranlılara ümrə ziyarəti yasaqlandı

 

İranlılara ümrə ziyarəti yasaqlandı

İran Səudiyyə Ərəbistanıyla ticarət əlaqələr ilə bərabər Ümrə ziyarətinə getməyi qadağan edib.

 

Milli.Az anspress-ə istinadən bildirir ki, şiə din xadimi Nimri əl-Nimrini edam ediləndən sonra Səudiyyə ilə əlaqələrin kəsildiyini İran da öz vətəndaşlarına Ümrəni ziyarət etmələrini qadağan edib. Bundan başqa, Səudiyyə Ərəbistanı ilə İran arasında olan bütün ticarət əlaqələri dayandırılıb.İran ilə Səudiyyə Ərəbistanı arasında şiə din xadimi Nimri əl-Nimrininin edam edilməsindən sonra yaranan gərginlik səbəbindən hər iki tərəfin qarşılıqlı sanksiyaları davam edir.Səudiyyə rəhbərliyinin İran ilə diplomatik əlaqələri kəsilməsindən sonra İran tərəfindən Səudiyyə Ərəbistanına səfərləri qadağan edib. İran hökumətinin rəsmi internet saytının yazdığına görə, İran vətəndaşlarının Ümrəyə getməyi hər iki ölkənin münasibətlərinin normallaşanadək qadağan edib.İran Xarici İşlər Nazirliyi sözçüsü Hüseyn Cabir Ənsari, Səudiyyə Ərəbistanından gələn bütün məhsulların hamısına İrana girişinin qadağan edildiyini bildirib.İki ölkə arasında münasibətlər Səudiyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr əl-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib.

Mənbə: Milli.Az

8 yanvar 2016
GO BACK