Qadin.NET / Uşaqların 1-ci sinfə hazırlığı ilə bağlı yeni qanun

Uşaqların 1-ci sinfə hazırlığı ilə bağlı yeni qanun

 

Uşaqların 1-ci sinfə hazırlığı ilə bağlı yeni qanun

 

Azərbaycanda birinci sinifə gedəcək uşaqların məktəbə hazırlığının zəruri olması ilə bağlı tələb yeni qanuna daxil edilib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, bu məsələ yeni hazırlanan “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində nəzərdə tutulur.
Onun sözlərinə görə, bağçalarda uşaqların məktəbə hazırlığı zəruridir: “Bəzən buradan bir fikir irəli gəlir ki, əgər uşaq hər hansı bir hazırlıq keçməyibsə, məktəbə qəbul edilə bilməz. Bu düzgün fikir deyil, çünki burada söhbət icbarilikdən getmir, zərurilikdən gedir. Zərurilik də odur ki, dövlət uşaqların 5 yaşından məktəbə hazırlığını öz üzərinə götürür. Uşaqların o yaş dövründə hərtərəfli inkişafını məktəbəqədər təlim və tərbiyə müəssisəsində elə təşkil etmək olar ki, uşağın bütün qabiliyyətləri və imkanları, potensialı aşkar edilə bilər və onun inkişaf etdirilməsi üçün münbit şərait yaradıla bilər”.
Qeyd edək ki, indiyə qədər uşaqların məktəbəqədər hazırlığı ilə bağlı ayrı-ayrı qaydalar, müxtəlif qərarlar və təlimatlar olsa da, məsələ qanun çərçivəsində həll ediməyib.

anspress.com

2 yanvar 2016
GO BACK