Qadin.NET / 2016-cı ildə ən böyük fəlakət proqnozu

2016-cı ildə ən böyük fəlakət proqnozu

2016-cı ildə ən böyük fəlakət proqnozu

2016-cı ildə qıtlıq, xəstəliklər milyonlarla insana ziyan vuracaq. ANS PRESS-in məlumatına görə, bütün bunlara "Əl Nino" cərəyanının təsiri səbəb olacaq. Cərəyan qlobal iqlimə olduqca böyük təsir göstərəcək.

BBC-nin məlumatına görə, "Əl Nino"nun dünyanın bəzi bölgələrində quraqlıq, bəzi yerlərdə isə leysanlara səbəb olacağı barədə xəbərdarlıq edilib. Növbəti altı ayda cərəyan Karib dənizi hövzəsi, Mərkəzi və Cənubi Amerika, Qvatemala, Honduras, Nikaraquada da milyonlarla insana mənfi təsirini göstərəcək.

Qlobal istiləşməyə səbəb olan "Əl Nino" 2015-ci ili tarixin ən qızmar ili kimi tarixə salmışdı. Gələn il isə onun təsirini daha da artıracağı proqnozlaşdırılır.

anspress.com

31 dekabr 2015
GO BACK