Qadin.NET / Bakının cəmi 12 Şaxta baba və Qar qızı olacaq

Bakının cəmi 12 Şaxta baba və Qar qızı olacaq

Bakının cəmi 12 Şaxta baba və Qar qızı olacaq
Bunu Trend-ə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəriƏlabbas Bağırov deyib.

Onun sözlərinə görə, Şaxta baba olmaq üçün 12, Qar qız olmaq üçün də 12 nəfər icazə alıb. Fotoqraf kimi fəaliyyət göstərmək üçün isə icazə alan olmayıb.Ə.Bağırov ötən illərdə Şaxta baba və Qar qız olanların sayının daha çox olduğunu deyib.Onun sözlərinə görə, ötən il Şaxta naba və Qar qız üçün verilən icazələrin sayı 31, 2013-cü ildə isə 50-dən çox olub: "Bu il müraciətlərin sayı çox az olub. Buna görə də bundan sonra yeni müraciətlər daxil olarsa, onlara da baxılacaq".Departament rəsmisi əlavə edib ki, verilən icazəyə uyğun olaraq, bu il Şaxta baba və Qar qızlar əhalinin ən çox məskunlaşdığı bağ və parklarda - Nərimanov, Atatürk, Hüseyn Cavid, Heydər parklarında, Akademiya bağında yanvarın 13-dək fəaliyyət göstərəcəklər. Şaxta baba, Qar qız və fotoqraflara Yeni il bayramı günlərində bu fəaliyyətlə məşğul olmalarına görə, hər birinə 60 manat dövlət rüsumu ödənilib.

Mənbə: Milli.Az

 

28 dekabr 2015
GO BACK