Qadin.NET / "Qara bazar"da üzü qaraldılan manatımız

"Qara bazar"da üzü qaraldılan manatımız

 

"Qara bazar"da üzü qaraldılan manatımız

Azərbaycan Mərkəzi Bankının dekabrın 21-də manatın sərbəst məzənnəyə keçməsi haqda elanı bəzi işbazlara yaşıl işıq yandırıb. O işbazlara ki, məzənnənin adının sərbəst buraxıldığını eşidib, valyuta qiymətlərinin də sərbəst olduğu qənaətinə gəliblər. Əgər belə olmasaydı, həmin şəxslər hazırda paytaxtın bəzi ərazilərində sərbəst məzənnə ilə, formalaşdırdıqları qiymətlərlə dollar yaxud başqa valyuta alqı satqısı ilə məşqul olmazdılar.
ANS PRESS-in məlumatına görə, hazırda paytaxtda əhalinin sıx olduğu yerlərdə, xüsusən 28 May metrostansiyasının çıxışında və Səməd Vurğun parkının ərazisində bəzi şəxslər məhz 1990-cı illərdə olduğu kimi "qara bazar" adlanan qeyri-qanuni valyuta bazarı formalaşdırıblar. Həmin bazarda vətəndaşların əlində olan yerli valyutanı ucuz qiymətə alır, ABŞ pulunu isə dəyərindən çox baha satırlar. 

 

Mənbə: ANS PRESS

28 dekabr 2015
GO BACK