Qadin.NET / "Bir ailə bir uşaq" siyasəti ləğv olunur

"Bir ailə bir uşaq" siyasəti ləğv olunur

"Bir ailə bir uşaq" siyasəti ləğv olunur
Çin Xalq Respublikasının parlamenti bazar günü hökümətin oktyabr ayında qəbul etdiyi “bir ailə- bir uşaq” siyasətinin ləvğ olunmasıyla bağlı qərarı təsdiq edib. İndi bütün çinli valideynlərə 2 uşaq dünyaya gətirməyə icazə veriləcək. “Bir ailə-bir uşaq” siyasəti, əhalinin kəskin çoxalmasının qarşısını almaq üçün ötən əsrin 70-ci illərində tətbiq olunurdu. Kommunist Partiyası əhalinin sayını azaltmaq tapşırığını uğurlu şəkildə yerinə yetirsə də, digər tərəfdən bu əhalinin “qocalaşmasına” səbəb olub və gələcəkdə ölkənin iqtisadi inkişafını böyük risk altına alıb.Bundan başqa ölkədə “cinsi disbalans” yaranıb. Çində valideynlər oğlan övladına üstünlük verdiyindən, əksər cütlüklər qız övladlarını doğulmazdan əvvəl düşürür. Ailə qanunvericiliyində islahatlar aparmağı 2013-cü ildə qurulmuş yeni hökümətin təşəbbüsü olub. Yeni qaydalar yanvarın 1-dən qüvvəyə minəcək.

Mənbə: ANS PRESS

28 dekabr 2015
GO BACK