Britaniyalı bir kişi dünyada ilk dəfə Şimali Amerikadan Avstraliyaya doğru, Sakit okeanında dayanmadan təkbaşına avar çəkib.
Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, 53 yaşlı John Beeden iyunun 1-də San Fransiskodan çıxıb və 209 gün təxminən 15 saat avar çəkib.
O, həftələr öncə Avstraliyanın şimal-şərqinə çatmağı planlayıb, lakin pis hava şəraiti ona mane olub.O deyib ki, okeanda olduğu müddətdə davam edə bilməcəyini düşündüyü anlar da olub."Bu miqyasda səyahəti başa vurmuş ilk adam olmaq inanılmazdır və mən hələ də buna inanmıram", o söyləyib.
Əslən İngiltərənin Şeffild şəhərindən olan Beeden Kanadada yaşayır.
Cənab Beeden 4 il öncə oxşar səyahəti Anlantik okeanında həyata keçirib.
Mənbə: Milli.Az