Qadin.NET / "Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı

"Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı

"Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyidi Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmişdir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60 km uzaqlıqda  "Berkar" gəmisi  kişi cəsədi aşkarlamışdır.Milli.Az qurumun saytına istinadən bildirir ki, dərhal yaxınlıqda olan  Türkmənistana məxsus "BAYAN" gəmisinə məlumat ötürülmüş və cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılmışdır.  Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisiQasımov İman Şura oğlu olduğu müəyyən edilmişdir.Məlumat daxil olduqdan dərhal sonra  FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşmüşdür. 

Mənbə: Milli.Az

 

27 dekabr 2015
GO BACK