Milli.Az anspress-ə istinadən bildirir ki, yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığıyla Bakının 5 ünvanında - Binəqədi rayonu üzrə Dərnəgüldə, Xətai rayonu üzrə "Bakı" kinoteatrının yanında, Nərimanov rayonu üzrə Keşlə bazarı yaxınlığında, Səbail rayonu üzrə Badamdar qəsəbəsində, Suraxanı rayonu üzrə Əmircan qəsəbəsində keçiriləcək. Yarmarkalara 45-ə yaxın rayondan kənd təsərrüfatı o cümlədən emal zavodlarının məhsulları gətirilir.Biz də yarmarkalardakı qiymətlərin bazarla müqayisədə nə qədər ucuz olub olmadığını öyrənmək üçün yolumuzu Xətai rayonunda təşkil olunan ən böyük yarmarkadan saldıq. Müşahidələrimiz onu göstərdi ki, bazardan fərqli olaraq alıcı burada eyni məhsulu həm ucuz, həm də baha qiymətə əldə edə bilər.Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin verdiyi məlumata görə, yarmarkada qiymətlər bazardakılardan 20-30% ucuzdur. Onların sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi ilə birgə ümumi bazarlarda monitorinqlər aparılıb. Həmin nəticələr əsasında da yarmarkalarda qiymətlər müəyyənləşdirilib.Məhsulların qiymətinə gəlincə məsələn marketlərdə pomidor-xiyarın 1 kiloqramı 3-4 manata satılırsa, yarmarkada 1 -2 manata almaq mümkündür. Kartof-soğan 60qəp - 1 manat, göyərtinin 6-7 dəstəsi 1 manata satılırdı. Meyvələrin qiyməti də növlərinə görə müxtəlifdir. Məsələn, almanın kiloqramı Bakı dükanlarında 80 qəpik, 1 manata satıldığı halda yarmarkada 50, 40 qəp, makismum 1 manatadır. Armud 2-3 manat, mandarin 1-1.50 manat ,heyva 1 manat, narın kilosu 1-2 manat arasında dəyişir. Çərəzlərdən qoz-fındıqı 3-6 , şabalıdı 5-6 manata almaq mümkündür.
Mənbə: Milli.Az